'
Baş səhifə

      Səyyar-A şirkəti 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət “WEST” məişət
avadanlıqlarının respublikamıza idxal edilməsində eksklüziv hüquqlara malik yeganə
şirkətdir. Mətbəx əşyaları və avadanlıqlarının satışı üzrə ixtisaslaşmış “Səyyar-A”
şirkəti alıcılara “Keyfiyyəti evinizə gətirək” devizi altında xidmət göstərir. Hal-hazırda
şirkətin ölkə daxilində filialları fəaliyyət göstərməkdədir. Bura Bakı baş ofisi ilə yanaşı,
Lənkəran, İmişli, Gəncə, Şəki, Xaçmaz filialları və onlar əhatəsində olan regionlar daxildir. 
      Məhsulların keyfiyyəti ilə seçilən “Səyyar-A” müştərilərinə yalnız yüksək keyfiyyətli
məhsullar təqdim edir. Şirkət öz məhsullarını ünvanlara pulsuz çatdırmaqla yanaşı, sərfəli
qiymət və çox əlverişli kredit şərtlərini (faizsiz) öz alıcılarına təqdim edir və bütün
məhsullarının keyfiyyətinə zəmanət verir. Kredit ödənişi müştərilərin rahatlığını təmin etmək
məqsədi ilə maksimumdərəcədə sadələşdirilərək aylıq faiz ödəmədən, vaxta qənaət edərək və
hər hansı banka getmədən, yalnız və yalnız şirkətin kredit yığımı nümayəndəsinin hər ay
müqavilə sənədində göstərilən tarixlərdə müştərinin ünvanından götürülməklə həyata keçirilir.
       Qab-qacaq və məişət texnikası. Hər bir xanım üçün mətbəx yalnız həmsöhbət və yığıncaq
yeri deyil, həmçinin əsl iş yeri sayılır. Cox vacibdir ki, bu iş yerində hər şey gözəl olsun: həm
mətbəxt texnikası və rahat masa, həm də rahat yuyulan və yüksək keyfiyyətli qab-qacaq.
Həqiqətən keyfiyyətli qab-qacaq demək olar ki, möcüzədir, çünki o, həm sadə və çətin
yeməklərin bişirilməsində vaxta qənaət edir və mətbəxdə baş verən  yeməyin yanması və
daşması kimi xoşagəlməz hadisələrin qarşısını alır, mətbəxdəki gündəlik işləri rahat və
xoşagələn edir. Yaxşı keyfiyyətli qab-qacaq dəsti almaq yaşından, dünya görüşündən asılı
olmayaraq istənilən xanıma çox gözəl hədiyyədir. Çünki həyata baxışlarında fərqli olan
xanımlar yeməyin bişirilməsinə olan diqqətdə və rahatlıqda olan fikirlərdə birdilər. Hər bir
xanımın zövqünün fərqli olmasına baxmayaraq mətbəxdə bütün xanımlar rahatlığı üstün tutur
və bu rahatlığı yüksək keyfiyyətli qab-qacaqlar təmin edir. Səyyar-A şirkətinin sizə təqdim 
etdiyi qab-qacaq dəstləri öz puluna qənaət edən hər bir xanımın gözəl seçimidir. İstənilən
halda qab-qacaq dəsti almaq sizə həmin dəstə aid olan ləvazimatı ayrılıqda almaqdan daha
sərfəli olacaq. Xanımımı (anamı, bacımı, yoldaşımı) nə ilə sevindirim deyərkən gözəl bir
qab-qacaq və ya mətbəx ləvazimatı almanız gözəl seçim olar. Səyyar-A şirkətinə məxsus
olan mallar, qab-qacaq dəstləri xrom və nikelin qarışığından hazırlanmış yüksək keyfiyyətli
paslanmaz poladdan, məişət texnikası ən son standartlara cavab verən yüksək keyfiyyətli
materiallardan hazirlanmişdir. Dəstlərə aid olan bütün qazanlar istifadə və təmizlənmədə 
çox rahatdırlar. Paslanmaz poladdan hazırlanan məhsullar istiliyin saxlanma qabiliyyətinə
malikdirlər.
      
       Səyyar-A-nın təqdim etdiyi West məhsullarının özəllikləri: 
1. Etibarlılıq və praktiklik. West məhsulları xrom və nikelin qarışığından hazırlanmış yüksək
    keyfiyyətli paslanmaz poladdan, məişət texnikası ən son standartlara cavab verən yüksək
    keyfiyyətli materiallardan hazirlanmişdir. 
2. Uzunmuddətlilik. West məhsulları deformasiyalara davamlıdır, paslanmaz poladdan olan
    məhsullar uzun müddət parlaqlığını saxlayır və 10 illərlə sizə xidmət edir.  
3. İsitmə mənbələrinin müxtəlifliyi. Səyyar-A şirkətinin təqdim etdiyi paslanmaz poladdan
    hazırlanmış West məhsulları istənilən növ - qaz, elektrik, induksiya kimi isitmə
    mənbələrində istifadə oluna bilər. 
 
       West məhsullarını alarkən siz əmin ola bilərsiniz ki:
- Hər bir məhsul keyfiyyət və uyğunluq sertifikatı ilə təstiq olunmuş orijinal istehsaldır;
- Malların uzun müddət sizə xidməti; 
- Nəhayət Səyyar-A şirkətindən əldə etdiyiniz West məhsullları sizə xoş əhval ruhiyyə bəxş
   edəcək.
'