'
Bunu bilmək faydalıdır

 Paslanmaz poladdan hazırlanmış West qazanlar.

Bu qazanları qaz, elektrik, keramik peçlərdə istifadə etmək olar. Divarların və qazan altının qalın olması, qazanın ağzına tam oturan qapaqlar, yemək bişirmə prosesini yağ və sudan minimal istifadə ilə asanlaşdırır. Qazanın altı 3 laydan ibarət olaraq istiliyin bütün səth boyu bərabər paylanmasını təmin edir. Nəticədə yemək tez bişir və yanmır.
Qazanın divarları və altı istiliyin uzun müddət saxlanmasını təmin edir. Belə polad, qazanlara neytral xüsusiyyət verir və yeməyin zəhərlənməsinin qarşısını alır. Metal, yeməyin rəngini və dadını dəyişmir və bu qazanlarda istənilən yeməkləri bişirmək olar. Qazanları artıq isitmək məsləhət görülmür, çünki artıq isitmə, qazanların üzərində olan parlaqlığı itirir. Ona görə də isitmə zamanı qazanın altına uyğun isitmə mənbəsindən istifadə etmək lazımdır. 
Qazanlar bir-birinin üstünə rahat oturur və bu sizə yeməyi buxarda bişirmək imkanını verir. Qazanların qulpları istilik keçirtmir. Bu qazanlar paslanmaz poladdan hazırlandığı üçün sobaya qoya bilərsiniz. Paslanmaz poladdan hazırlanmış qazanları heç bir əlavə təmizlənmə növü istifadə olunmadan təmizləmək olar, çünki belə təmizlənmə vasitələri qazanları cıza bilər. Qazanların üzərində su ləkəsi qalmaması üçün paslanmaz poladdan hazırlanmış qazanlar üçün  xüsusi təmizlənmə vasitələrindən istifadə məsləhət görülür. 
Hamar və hərtərəfli cilallanmış qazanların və tavaların üst səthi ləkələri asan uzaqlaşdırır. Ona görə də xüsusi təmizlənmə vasitəsindən istifadə edərkən divarlarda olan ləkələri isti və soyuq su ilə təmizləmək olar. Əgər qazan boş halda peçin üzərində qalsa qazanın divarlarında yaşıl, göy ləkələr əmələ gələ bilər. Əgər yemək qazanın içində yanıbsa, qazanın içərisinə su və təmizləmə vasitəsi əlavə edib bir az isitməniz kifayətdir. Paslanmaz poladdan hazırlanan qazanlar ən uzun müddətli qazanlardır.
         
'