'
Buxar qazanı

 Komplektə daxildir: 1 ədəd qazan + 1 ədəd avtomatik bağlanan qapaq;
2 ədəd buxarda bişirici səbət və 1 ədəd səbət tutacağı.
Buxar qazanının xüsusiyyətləri:
Həcmi – 13 lt;
Diametri – 28 sm;
Gövdə - paslanmaz polad 18/10 (xrom-nikel);
Parlaq cilalanmış səth;
Tək əllə rahat açılıb bağlanan avtomatik qapaq;
Açılıb yığılan və istiliyə davamlı qulplar;
İstiliyin tez və bərabər paylanması;
İstiliyin uzun müddət saxlanması;
Mineral və vitaminlərin saxlanması.
 
Buxar qazanının  köməkliyi ilə gec bişən ərzaqları (ət, kənd toyuğu,
dənli bitkilər və s.) daha qısa vaxt ərzində qaza və vaxtınıza qənaət
edərək bişirə biləcəksiniz. Buxar qazanları öz ekoloji təmizliyi ilə
fərqlənir, çünki 18/10 (xrom-nikel) paslanmaz poladdan hazırlanıb.
Qaynama vaxtı qapağın avtomatik kilidlənməsi sayəsində buxarı
içəridə saxlayır və qapağın açıla bilməməsini təmin edir. Güvənlik
vintini açıb buxarını buraxdıqdan sonra qapaq rahat şəkildə açılır.
Buxar qazanını  istifadə etməzdən öncə istifadə və təhlükəsizlik
qaydalarını diqqətlə oxuyun.Qazana az da olsa mütləq su qoyulmalıdır.
Susuz bişirmə qazanın sıradan çıxmasına səbəb ola bilər.Bişirmə müddəti 
təzyiq düyməsi qapağı kilidlədikdən sonra hesablanır.Yemək 
bişirildikdən sonra güvənlik vintini fırladaraq təzyiqi salmadan
qazanın qapağını açmağa çalışmayın.
 
Üstünlükləri :
 
Yeməklər qısa müddətdə bişdiyinə görə təravətini, vitamin və
mineralları tərkibində saxlayır. Çox qısa müddətdə bişmə əldə olunur.
Yüksək keyfiyyətli poladdan hazırlanmış buxar qazanları eyni
zamanda sizin sağlamlığınıza qətiyyən ziyan vurmur. Bilirik ki,
yüksək temperaturda uzun müddətdə bişən qidada olan vitaminlər,
minerallar və orqanizm üçün xeyirli olan digər maddələr azalmağa
və ya yox olmağa başlayır. Lakin, Buxar qazanları bu mineral və
vitaminləri yemək bişən vaxtı qoruyub saxlama bacarığına malikdirlər.
'