BUXAR QAZANI

Komplektə daxildir: 1 ədəd qazan + 1 ədəd avtomatik bağlanan qapaq;
2 ədəd buxarda bişirici səbət və 1 ədəd səbət tutacağı.
Buxar qazanının xüsusiyyətləri:
Həcmi – 13 L;
Diametri – 28 sm;
Gövdə – paslanmaz polad 18/10 (xrom-nikel);
Parlaq cilalanmış səth;
Tək əllə rahat açılıb bağlanan avtomatik qapaq;
Açılıb yığılan və istiliyə davamlı qulplar;
İstiliyin tez və bərabər paylanması;
İstiliyin uzun müddət saxlanması;
Mineral və vitaminlərin saxlanması.

 

Buxar qazanının köməkliyi ilə gec bişən ərzaqları (ət, kənd toyuğu, dənli bitkilər və s.) daha qısa vaxt

ərzində qaza və vaxtınıza qənaət edərək bişirə biləcəksiniz. Buxar qazanları öz ekoloji təmizliyi ilə fərqlənir,

çünki 18/10 (xrom-nikel) paslanmaz poladdan hazırlanıb. Qaynama vaxtı qapağın avtomatik kilidlənməsi

sayəsində buxarı içəridə saxlayır və qapağın açıla bilməməsini təmin edir. Güvənlik vintini açıb buxarını

buraxdıqdan sonra qapaq rahat şəkildə açılır. Buxar qazanını istifadə etməzdən öncə istifadə və təhlükəsizlik
qaydalarını diqqətlə oxuyun. Qazana az da olsa mütləq su qoyulmalıdır. Susuz bişirmə qazanın sıradan

çıxmasına səbəb ola bilər. Bişirmə müddəti təzyiq düyməsi qapağı kilidlədikdən sonra hesablanır.Yemək
bişirildikdən sonra güvənlik vintini fırladaraq təzyiqi salmadan qazanın qapağını açmağa çalışmayın.

 

Üstünlükləri :

Yeməklər qısa müddətdə bişdiyinə görə təravətini, vitamin və mineralları tərkibində saxlayır. Çox qısa

müddətdə bişmə əldə olunur. Yüksək keyfiyyətli poladdan hazırlanmış buxar qazanları eyni zamanda

sizin sağlamlığınıza qətiyyən ziyan vurmur. Bilirik ki, yüksək temperaturda uzun müddətdə bişən qidada

olan vitaminlər, minerallar və orqanizm üçün xeyirli olan digər maddələr azalmağa və ya yox olmağa başlayır.

Lakin, Buxar qazanları bu mineral və vitaminləri yemək bişən vaxtı qoruyub saxlama bacarığına malikdirlər.