WEST BLENDER

Xüsusiyyətləri:
Güc: 1200 W;
Gərginlik: AC 220-240 V, 50 Hz;
Bıçaq: 6 dişli paslanmayan bıçaq;     
Tutum: 1,5 L;
İdarəetmə: mexaniki;
Aksesuar: 1 ədəd itələyici;
Ölçüləri: 20 sm x 29 sm x 50 sm;
Naqilinuzunluğu: 0,90 m.

 

Müasir mətbəx insanların işini yüngülləşdirmək üçün müxtəlif məişət texnikası ilə təmin olunmuşdur.
Əvəzolunmaz mətbəx köməkçilərindən biri də blenderdir. Blenderin vasitəsilə yeməyi, tərəvəzi,
meyvəni, dənli və paxlalı məhsulları əzmək (püre halına gətirmək), xırdalamaq, qarışdırmaq, üyütmək
mümkündür. Blenderin qabı digər materiallardan fərqli olaraq xarab olmayan, istiliyə davamlı tritan
materialdan – ekoloji cəhətdən təmiz, yəni Bisphenol A (BPA free) maddəsindən istifadə etmədən
hazırlanmışdır ki, bu da qabı uzunömürlü, etibarlı və davamlı edir.
Təqdim etdiyimiz blender 3 rejimdə işləyir:
PULSE – bu rejim bərk məhsullar üçün nəzərdə tutulmuşdur. 60 saniyə ərzində maksimum sürətlə
məhsulları xırdalayır.
BLEND – bu rejim meyvəvətərəvəzi, dənli və paxlalı məhsulları və s.-ni əzmək, xırdalamaq, qarışdırmaq,
üyütmək üçündür.
SOUP – bu rejim isti yeməklər, o cümlədən uşaq yeməklərini püre halına salmaq üçün nəzərdə tutulmuşdur.
SÜRƏT TƏNZİMLƏYİCİ KEÇİD DÜYMƏSİ – 6 növ sürətə malikdir. 10.000 dövriyyədən başlayaraq sürəti daha
yüksək həddə çatdırmaq mümkündür.

XƏBƏRDARLIQ: İlkin istifadə zamanı blenderin qabı mütləq yuyulmalıdır. Blenderin yuyulması üçün içinə suyu
əlavə edib, PULSE rejimindən bir neçə dəfə istifadə etmək lazımdır. İstifadə edilib yuyulduqdan sonra blenderin
bıçaqlarını mütləq quru saxlamalısınız. Əks təqdirdə bıçaqlar öz itiliyini itirə bilər.