SERVİS

“Səyyar-A”  satdığı bütün mallara 1 il zəmanət verir.

Ümumi müddəalar:

Məişət texnikanızın uzun illər Sizə xidmət etməsini istəyirsinizsə, onun təmirini və ya ehtiyyat hissələrinin

dəyişdirilməsini peşəkar məişət texnikası servisinə həvalə etməyiniz mühüm şərtdir.“Səyyar-A” şirkəti bütün

məhsullarına 1(bir) il zəmanət və ya zəmanətdən sonrakı təmirə 6(altı) ay  zəmanət verir! Şirkətimizdə

zəmanəti bitmiş məhsulların ödənişli təmiri həyata keçirilir.Bunun üçün siz 928 qaynar xəttini yığıb qeydiyyata

düşə bilərsiniz.Bizə müraciət edin və biz, bizdən əldə etdiyiniz  məhsullarınızın Sizi daha uzun illər razı salması

üçün bütün imkanlardan istifadə edək!Bizim təcrübəmiz və peşəkarlığımız illərlə müşahidə olunub və

uzunmüddətli müştərilərimiz öz tanışlarına və dostlarına bizi West məişət texnikasının təmirinin ən yaxşı servis

mərkəzi  kimi tövsiyə ediblər. “Səyyar-A” şirkətinin servis mərkəzinin mütəxəssisləri məişət texnikasının təmiri

sahəsində böyük təcrübəyə malikdirlər.Bizim mütəxəssislərin uğuru avadanlıqların yüksək dəqiqlikli

diaqnostikasıdır və bu da məişət texnikasının xarabolma səbəblərinin təyin edilməsinin və təmir üsulunun

seçilməsinə daha geniş imkanlar yaradır. Biz, Sizə məişət texnikanızın bütün xidməti müddətində servisini

təklif edirik.Siz zəmanət müddətində, ustanın iş saatlarında, avadanlıqların istehsalçının günahı üzündən

zədələnməsi halında çağırış üçün pul ödəmirsiniz. Təmir “Səyyar-A” şirkətinin servis mərkəzində həyata keçirilir.

Məişət texnikası təmir edən ustada bütün lazımi alətlər mövcuddur ki, bu da məişət texnikası sahibini həmin

alətləri əldə etmək üçün lazım olan əlavə xərclərdən azad edir və yerində təmiri həyata keçirir. Məişət

texnikasının təmirinin evdə həyata keçirilməsi mümkün olmadıqda servis mərkəzində maksimum qısa vaxt

ərzində həmin təmirihəyata keçiririk. Bu zaman məişət texnikasının servis mərkəzinə çatdırılması və təmirdən

sonra ünvana çatdırılması bizim nəqliyyat vasitəsi ilə ödənişsiz həyata keçirilir.

 

Bizim xidmətlərimiz:
Bizdən əldə etdiyiniz bütün malların təmiri.
Təmir üçün onlayn müraciət:Biz, Sizə “Səyyar-A” şirkətinin  928@seyyar-a.com elektron poçt ünvanına sorğu

göndərmək imkanını da təklif edirik.Bu zaman aşağıdakı məlumatların təqdim edilməsi vacibdir: 1. Adı, soyadı,

şəhər, küçə, evin və mənzilin nömrəsi; 2. Əlaqə nömrələri; 3. Müqavilənin seriya nömrəsi; 4. Problemin qeyd

edilməsi. Bütün məlumatlar məxfi olaraq qorunacaqdır və sizin sorğunu yerinə yetirmək üçün istifadə

olunacaqdır. Bu zaman Sizə müəyyən dəqiqləşdirici suallar verilə bilər.Biz bu məlumatlardan istisna olaraq

sorğu ilə iş zamanı istifadə edirik. Biz sizin şəxsi məlumatlarınızın qorunmasında cavabdehlik daşıyırıq. Biz

müştərilərimizin şəxsi məlumatlarının qorunmasının normativ hüquqi aktlarını izlənilməsini təmin etmək üçün

texniki və təşkilati tədbirləri qəbul etmişik.

 

Bizim servis xidmətinin üstünlüyü:

Biz Azərbaycanın bütün bölgələrində məişət texnikasının zəmanətli və zəmanətdən sonrakı təmirini həyata

keçiririk. Biz görülmüş xidmətlərimizə zəmanət veririk.Biz məişət texnikasının təmirini  zavod istehsalı olan

ehtiyat hissələri və komplektlərindən istifadə etməklə həyata keçiririk.

 

Bizim məqsədimiz:

Müştərilərimizə daha tez, keyfiyyətli və etibarlı xidmət göstərmək. Bizə etibar etdiyinizə görə Sizə təşəkkür edirik

və biz həmişə sizinlə əməkdaşlıq etdiyimizə görə şad olacağıq!
Qeyd: Satışda olan malların ehtiyat hissələrini də ödənişli şəkildə  şirkətimizdən əldə edə bilərsiniz.